Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ABŞ-ın Dövlət katibi Mayk Pompeo ilə görüşüb

ABŞ-a işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşüb.

1514975
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ABŞ-ın Dövlət katibi Mayk Pompeo ilə görüşüb

Bu ilin 23 oktyabr tarixində ABŞ-a işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, nazir Bayramov Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsində son vəziyyətlə bağlı müzakirə aparıb, Ermənistan tərəfinin dağıdıcı siyasəti, Azərbaycanlı dinc əhalinin məqsədyönlü şəkildə atəşə tutulması, xaricdən muzdluların və terrorçuların kütləvi cəlb olunması və sair məsələlər barədə ətraflı məlumat verib.

Nazir Ceyhun Bayramov vurğulayıb ki, Azərbaycanın haqlı mövqeyi BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinə və digər beynəlxalq təşkilatların müvafiq sənədlərinə əsaslanır.

Söhbət zamanı, həmçinin Azərbaycan-ABŞ ikitərəfli əlaqələrinə dair məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Xarici İşlər naziri Ceyhun Bayramovun ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ilə də görüş keçirib.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin son durumu, cəbhədəki vəziyyət, Ermənistan tərəfindən humanitar atəşkəs rejiminin pozulması, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqların davam etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Bayramovun ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert Obrayn ilə də görüşü olub.

Ceyhun Bayramov ABŞ rəsmisinə bölgədə mövcud olan son vəziyyət, Ermənistanın Azərbaycana qarşı yeni təcavüzü, azərbaycanlı mülki əhalini və yaşayış məntəqələrini hədəf alınması, dinc əhali arasında çoxsaylı itkilərin olması, Ermənistanın beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüququ kobud şəkildə pozması barədə ətraflı məlumat verib.

Bölgədə davamlı sülhün və rifahın təmin olunması üçün işğal faktının aradan qaldırılması və dövlətlərin beynəlxalq tanınmış sərhədlərinə hörmətin təmin olunmasının vacibliyi vurğulanıb..

Tərəflər, həmçinin ölkələr arasındakı əməkdaşlıq gündəliyinə daxil olan məsələlər üzrə fikir mübadiləsi aparıblar.



Әlaqәli Xәbәrlәr