İlham Əliyev:"Qəhraman Azərbaycan ordusu 20 kənd və bir qəsəbəni də işğaldan azad etdi"

Bu barədə İlham Əliyev rəsmi "Twitter" səhifəsində bəyanat verib.

1514685
İlham Əliyev:"Qəhraman Azərbaycan ordusu 20 kənd və bir qəsəbəni də işğaldan azad etdi"

Azerbaycan prezidenti İlham Əliyev 20 kənd və bir qəsəbənin də işğaldan azad edildiyini bildirib. 

Bu barədə Azərbaycan prezidenti rəsmi "Twitter" səhifəsində yazıb.Dövlət başçısı deyib:"Qəhraman Azərbaycan ordusu Füzuli rayonunun Mollavəli,Yuxarı Rəfidinli, Aşağı Rəfidinli, Cəbrayılın Sirik, Sıxlar, Məstəlibəyli və Dərzili kəndlərini işğaldan azad edib. Eşq olsun Azərbaycan ordusuna. Qarabağ Azərbaycandır!".

Azərbaycan prezidenti həmçinin qeyd edib ki, qəhraman Azərbaycan ordusu Zəngilanın Qolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə Çöpədərə, Tatar, Tiri, Emirxanlı, Karqulu, Bartaz, Dələkli kəndləri ilə Ağbənd qəsəbəsini işğaldan azad etdi. 

 



Әlaqәli Xәbәrlәr