Azərbaycan ordusu vacib ərazi və yüksəklikləri azad edib

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

1514466
Azərbaycan ordusu vacib ərazi və yüksəklikləri azad edib

Oktyabrın 22-si gün ərzində və 23-nə keçən gecə cəbhənin Ağdərə, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Məlumata əsasən, Ermənistan Azərbaycanın müdafiə mövqelərini atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.
Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinə ciddi zərbələr vurulub, düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb, vacib ərazi və yüksəkliklər azad edilib.

Hazırda bütün cəbhə boyu döyüşlər davam edir.



Әlaqәli Xәbәrlәr