Türkiyә cәbhә xәttinә yaxın olan bölgәlәrә әrzaq yardımı göndәrib

Türkiyә cәbhә xәttinә yaxın olan bölgәlәrdә yaşayan vә Ermәnistanın hücumlarına mәruz qalan azәrbaycanlılara 40 ton әrzaq yardımı göndәrib.

1514112
Türkiyә cәbhә xәttinә yaxın olan bölgәlәrә әrzaq yardımı göndәrib

 

Türkiyә cәbhә xәttinә yaxın olan bölgәlәrdә yaşayan vә Ermәnistanın hücumlarına mәruz qalan azәrbaycanlılara 40 ton әrzaq yardımı göndәrib.

Türkiyә Әmәkdaşlıq vә Koordinasiya Agentliyi tәfindәn göndәrilәn әrzaq yardımı Türkiyәnin Azәbaycandakı sәfiri Erkan Özoral, Azәrbaycan Qaçqınların vә Mәcburi Köçkünlәrin İşlәri üzrә Dövlәt Komitәsi sәdrinin müavini Fuad Hüseynov vә TİKA-nın Bakı Proqramı üzrә koordinatoru Teoman Tiryakinin iştirakı ilә hәyata keçirilәn mәrasimdәn sonra  bölgәyә göndәrilib.

Sәfir Adnan Özoral Türkiyәnin hәm yaxşı, hәm dә çәtin gündә Azәrbaycanın yanında olduğunu vurğulayıb.

Türkiyә ilә Azәbaycanın ‘‘İki dövlәt bir millәt’’ olduğunu xatırladan Özoral bildirib ki, öz torpaqlarını azad etmәk üçün başlatdığı mübarizәsindә Azәbaycana sonunadәk dәstәk veririk. Qardaşlarımızı әsla tәk qoymayacağıq.

 Qaçqınların vә Mәcburi Köçkünlәrin İşlәri üzrә Dövlәt Komitәsi sәdrinin müavini Fuad Hüseynov isә öz növbәsindә Türk dövlәti vә xalqının böyük dәstәyini hiss etdiklәrini dilә gәtirәrәk әrzaq yardımı üçün Türkiyәyә vә TİKA-ya tәşәkkür edib.

Mәlumata görә, әrzaq yardımı Tәrtәr, Ağdam vә Bәrdә rayonları ilә cәbhә xәttinә yaxın olan bölgәlәrdәki 2 min ailәyә paylanacaq.



Әlaqәli Xәbәrlәr