"Ermənistana NATO-nun bu münaqişənin bir hissəsi olmadığını xatırlatdım", Y. Stoltenberq

ATO-nun Baş katibi Yens Stoltenberq Alyansın Dağlıq Qarabağdakı münaqişənin tərəfi olmadığını Ermənistan Prezidenti Armen Sarkisyana  xatırlatdığını bildirib.

1513582
"Ermənistana NATO-nun bu münaqişənin bir hissəsi olmadığını xatırlatdım", Y. Stoltenberq

NATO-nun Baş katibi Yens Stoltenberq Alyansın Dağlıq Qarabağdakı münaqişənin tərəfi olmadığını Ermənistan Prezidenti Armen Sarkisyana  xatırlatdığını bildirib.
Yens Stoltenberq və Ermənistan prezidenti Armen Sarkisyan NATO-nun Belçikanın paytaxtı Brüsseldəki qərargahındakı görüşündən sonra mətbuata açıqlama veriblər.
Stoltenberq Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etdiklərini bildirərək, "Ermənistan Prezidentinə NATO-nun bu münaqişənin bir hissəsi olmadığını xatırlatdım. Azərbaycan və Ermənistan 25 ildən çoxdur ki, NATO-nun dəyərli tərəfdaşlarıdır" deyib.
NATO-nun atəşkəsin pozulmasından narahat olduğunu vurğulayan Stoltenberq mübahisələrə son qoyulmasının, acıların dayandırılmasının və sülh danışıqları ilə həll yolunun tapılmasının vacibliyini vurğulayıb.
Stoltenberq tərəfləri təmkinli olmağa və atəşkəsə riayət etməyə çağırıb və gərginliyin ən qısa müddətdə azaldılmasını istədiklərini söyləyib.
Baş katib "Mülki insanları hədəf almaq qəbuledilməzdir və dərhal dayanmalıdır. Hər kəs daimi siyasi həll üçün cəhd göstərməlidir.. Ermənistan və Azərbaycan danışıqları davam etdirməlidirlər" deyə qeyd edib. 



Әlaqәli Xәbәrlәr