Türk Şurası Gənclər Platforması Azərbaycana dəstəyini bildirib

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Gənclər Platforması Ermənistanın işğalı altında olan ərazilərini azad etmək üçün mübarizə aparan Azərbaycana dəstəyini bildirib.

1512107
Türk Şurası Gənclər Platforması Azərbaycana dəstəyini bildirib

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Gənclər Platforması Ermənistanın işğalı altında olan ərazilərini azad etmək üçün mübarizə aparan Azərbaycana dəstəyini bildirib.
Türk Şurasının açıqlamasına görə, Türk Şurası Gənclər Platformasının İdarə heyəti bölgədəki mövcud vəziyyəti müzakirə etmək üçün onlayn iclas keçirib.
İclasa Azərbaycan Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Türk Şurası Baş katibinin müavini Qismət Gözəlov və bütün üzv dövlətlərdən Gənclər Platforması İdarə Heyətinin üzvləri qatılıblar.
Ermənistanın son zamanlarda Azərbaycana etdiyi hərbi hücumların əsas müzakirə mövzusu olduğu iclasda Gənclər Platforması İcraiyyə Komitəsi Ermənistanın Azərbaycan ərazisindəki mülki hədəflərə qarşı  hücumlarını qınayıb və beynəlxalq ictimaiyyətə mülki əhaliyə qarşı hücumların dayandırılması üçün addım atmağa çağırıb. 
Azərbaycanın Gənclər və İdman nazirinin müavini Babayev Nazirliyilə Azərbaycan gənclik qeyri-hökumət təşkilatlarının münaqişənin başlanğıcından bəri Azərbaycanın haqlı mübarizəsini müdafiə etmək üçün üzərlərinə götürdükləri rol barədə məlumat verib.
Türk Şurası Baş katibinin müavini Gözəlov da iştirakçılara mövzu ilə əlaqədar Türk Şurasının atdığı addımlar barədə məlumat verdi. Türk Şurasının Ermənistanı Gəncə və Azərbaycanın digər şəhərlərindəki mülki şəxslərə qarşı etdiyi əsassız hücumlara görə qınadığını xatırladan Gözəlov Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin suverenliyi, ərazi bütövlüyü və toxunulmazlığı əsasında mümkün qədər tez həll olunmasının vacibliyini vurğulayıb.
Gözəlov ayrıca, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən qətnamələrini xatırladıb.
 Azərbaycanın işğal altındakı ərazilərin azad edilməsi uğrunda apardığı haqlı mübarizəni dəstəkləyən Türk Şurası Gənclər Platforması İdarə Heyətinin üzvləri Azərbaycanın qanuni mübarizəsinə dəstəkl olmaq üçün atılacaq növbəti addımlar üçün bir yol xəritəsi qəbul ediblər.



Әlaqәli Xәbәrlәr