Mustafa Şentop  Ceyhun Bayramovla görüşüb

Türkiyә Böyük Millәt Mәclisinin sәdri Mustafa Şentop rәsmi görüşlәr keçirmәk üçün sәfәr etdiyi Azәrbaycanda xarici işlәr naziri Ceyhun Bayramovla görüşüb.

1512544
Mustafa Şentop  Ceyhun Bayramovla görüşüb

 

Türkiyә Böyük Millәt Mәclisinin sәdri Mustafa Şentop rәsmi görüşlәr keçirmәk üçün sәfәr etdiyi Azәrbaycanda xarici işlәr naziri Ceyhun Bayramovla görüşüb.

Mustafa Şentopun rәhbәrlik etdiyi nümayәndә heyәti Azәrbaycan Xarici İşlәr Nazirliyindә olub.

Türkiyә Böyük Millәt Mәclisinin sәdri Şentop vә Azәrbaycan xarici işlәr naziri Bayramov arasında baş tutan tәkbәtәk vә heyәtlәr arası görüşlәrdә Ermәnistanın Azәrbaycana tәşkil etdiyi hücumlar, Azәrbaycan ordusunun torpaqlarını azad etmәk üçün hәyata keçirdiyi әmәliyyat vә gündәmdәki digәr mәsәlәlәr müzakirә olunub.

Bayramov bu prosesdә Türkiyә dövlәti vә xalqının mәnәvi dәstәyi üçün tәşәkkür edib. Şentop da Türkiyә olaraq Azәrbaycanın haqlı mübarizәsini dәstәklәmәyә davam edәcәklәrini qeyd edib.



Әlaqәli Xәbәrlәr