Mustafa Şentop: “ATƏT-in Minsk Qrupunun beyin ölümü artıq gerçəkləşib”

Türkiyə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında çıxış edib.

1512392
Mustafa Şentop: “ATƏT-in Minsk Qrupunun beyin ölümü artıq gerçəkləşib”

Türkiyə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında çıxış edib.

TBMM sədri çıxışında bildirib ki, bu məsələnin həll yolunu tapmadan bölgədə nüfuzunu artırmaq niyyətində olanlar bir gün özləri də yanacaq: “Ermənistan ordusu Azərbaycanın işğal altında olan torpaqlarından çıxmalıdır. Məsələnin bundan başqa həll yolu yoxdur. Ermənistana dayaq olanlar bilməlidir ki, Qafqazda bunu sona qədər sürdürə bilməzlər. Ermənistan da bilməlidir ki, böyük qardaşları onlara sona qədər dəstək olmayacaq. Ən sonunda onlar qonşuları ilə baş-başa qalmağa məcbur olacaqlar. Ərdoğanın da dediyi kimi, Azərbaycanın daha 30 il gözləməyə səbri yoxdur. Artıq beynəlxalq təşkilatlar öz qərarlarının icra etməyə borcludur. BMT-nin qərarlarını Ermənistan heçə saydı. ATƏT-in Minsk Qrupu problemi həll etmək üçün indiyə kimi heç bir real iradə nümayiş etdirmədi. Hətta həmsədrlərdən biri Türkiyə və Azərbaycanı Ermənistana terror hücumu etməkdə günahlandırdı. Vəziyyət belədirsə, Minsk Qrupunun beyin ölümü artıq gerçəkləşib”.

“Moskva razılaşmasına baxmayaraq, gücü qəhrəman Azərbaycan əsgərinə çatmayan, cəbhədə Azərbaycan ordusundan ardına belə baxmadan qaçan ermənilər ancaq mülki insanları hədəf alır”-deyə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop vurğulayıb.

M. Şentop MM-in tribunasından bütün dünyaya səslənib: “Bütün dünyaya sual edirəm: Sizin qərarlarınızı heçə sayan Ermənistanın addımlarını mühakimə etməyəcəksinizsə, nəyi edəcəksiniz?! Lalsınız, karsınız, yoxsa korsunuz?”



Әlaqәli Xәbәrlәr