Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Bakıda Baş nazir Əli Əsədovla görüşüb

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop rəsmi danışıqlar aparmaq üçün səfərdə olduğu Bakıda Baş nazir Əli Əsədovla görüşüb.

1511994
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Bakıda Baş nazir Əli Əsədovla görüşüb

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop rəsmi danışıqlar aparmaq üçün səfərdə olduğu Bakıda Baş nazir Əli Əsədovla görüşüb.
Baş Nazirlikdə keçirilən iclasda çıxış edən Şentop Azərbaycana səfərin əvvəlcədən planlaşdırıldığını, ancaq Ermənistanın 27 sentyabrda həyata keçirdiyi hücumlar və daha sonra Azərbaycanın torpaqlarını xilas etmək  üçün başladığı əməliyyatla daha mənalı hala gəldiyini söyləyib.
Şentop Türkiyə olaraq başlanğıcından bəri bu haqlı işində Azərbaycanı dəstəklədiyini ifadə edərək, "Hər şərtdə, biz Azərbaycanı dəstəkləyirik. Bizim üçün Azərbaycan ilk növbədə dost və qardaş bir ölkədir. Ancaq Azərbaycan bu işdə haqlıdır. Ermənistan həm tarix, həm də beynəlxalq hüquq baxımından işğalçı və təcavüzkardır. Azərbaycanın vətən torpaqlarını işğal edib. Bu baxımdan Azərbaycanın mübarizəsi, haqlı bir mübarizədir. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə görə özünü müdafiə edə bilər" ifadələrdən istifadə edib.
Azərbaycanın Baş naziri Əli Əsədov da  bu günlərin Azərbaycan üçün çətin, lakin şərəfli günlər olduğunu deyib.
Azərbaycan ordusunun torpaqlarını xilas etmək üçün başlatdığı əməliyyatın uğurla davam etdiyini bildirən Əsədov "Qəhrəman ordumuz bu günə qədər 2 şəhəri, 1 qəsəbəni və 71 kəndi işğaldan azad etdi. Bununla fəxr edirik" deyib.
Əsədov qarşıdurmanın ilk dəqiqəsindən etibarən Türkiyəyə hər səviyyədə mənəvi dəstək verdiyi üçün təşəkkürlərini dilə gətirib.



Әlaqәli Xәbәrlәr