Mustafa Şentop: "Ermənistan müharibə cinayəti törədir"

Mustafa Şentop Ermənistanın mülki insanlara hücum edərək müharibə cinayətləri törətdiyini söyləyib.

1511692
Mustafa Şentop: "Ermənistan müharibə cinayəti törədir"

Türkiyə Böyük Millət Məclisi (TBMM) sədri Mustafa Şentop Ermənistanın mülki insanlara hücum edərək müharibə cinayətləri törətdiyini söyləyib.

Şentop rəsmi səfərdə olduğu Azərbaycanda açıqlama verib.
etdi.
Şentop Ermənistanın dəstəklədiyi terror təşkilatlarının davamlı olaraq Azərbaycanın mülki yaşayış yerlərinə hücum etdiyini və Azərbaycan ordusunun işğal olunmuş əraziləri azad etmək üçün əməliyyat başlatdığını bildirib.
Şentop Azərbaycanın BMT Nizamnaməsinin 51-ci maddəsindəki "özünümüdafiə" hüququnun tələblərini yerinə yetirdiyini vurğulayıb və Azərbaycan ordusunun əməliyyatlarında beynəlxalq hüquqa uyğun hərəkət etdiyini və yalnız hərbi hədəflərlə mübarizə apardığını vurğulayıb.
erməni qüvvələrinin mülki vətəndaşları bombaladığını xatırladan Şentop deyib:
"Azərbaycan beynəlxalq hüquqa və müharibə əxlaqına uyğun hərəkət edir. Ermənistan bunu etmir. Müharibə qanunlarına əməl etməyən, mülki əhalini hədəf alan və bombardman edən bir dövlətdən atəşkəsə riayət etməsini gözləmək də absurddur".
Şentop bildirib ki,  Ermənistan Moskvada əldə olunan humanitar atəşkəs razılaşmasını kobud şəkildə pozaraq mülki əhalini hədəfə almaqda davam edir. Bu hücumlar, mülki əhalinin hədəfə alınması, sözün əsl mənasında, müharibə cinayətləridir. Ermənistan artıq qlobal bir problemə çevrilib.
Azərbaycanın müqəddəs mübarizə apardığını söyləyən Şentop yalnız Türk dövlətinin deyil, 83 milyon Türk xalqının da Dağlıq Qarabağ başda olmaqla işğal olunmuş ərazilərin azad edilməsi uğrunda mübarizəni dəstəklədiyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr