Ömer Çelik: "Əsl günahkarlar Ermənistanı dəstəkləyənlərdir"

Ədalət və İnkişaf Partiyası (AK Partiya) sözçüsü Ömer Çelik Ermənistanın özünü piratçı bir dövlət kimi apardığını bildirib.

1511104
Ömer Çelik: "Əsl günahkarlar Ermənistanı dəstəkləyənlərdir"

Ədalət və İnkişaf Partiyası (AK Partiya) sözçüsü Ömer Çelik Ermənistanın özünü piratçı bir dövlət kimi apardığını bildirərək,  "Ermənistanı dəstəkləyənlər qətliamların əsl günahkarlarıdır" deyib.
Çelik "Twitter" hesabında Ermənistan ordusunun Azərbaycanda mülki şəxslərə qarşı hücumları ilə əlaqədar olaraq, "Liviyadakı kütləvi məzarlığın arxasında olanlar da Azərbaycan torpaqlarında mülki şəxslərin öldürülməsinin arxasındadır. Ermənistan insanlığa qarşı cinayətlər törətməkdə günahkardır. Ermənistanı dəstəkləyənlər Avropanın yaşadığı acıları başqa coğrafiyalarda yaşatmaqdan imtina etmirlər. Ermənistan mübarizə aparmır, qatil kimi ardıcıl qətliam törədir " deyib.



Әlaqәli Xәbәrlәr