Azərbaycan Müdafiə Nazirliyi: Düşmənin hərbi hissəsi ələ keçirilib

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunun hərbi hissəsinin ələ keçiriildiyini bildirib.

1511149
Azərbaycan Müdafiə Nazirliyi: Düşmənin hərbi hissəsi ələ keçirilib

Azərbaycan Ordusunun Füzuli istiqamətində uğurlu döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin hərbi hissəsi bölmələrimiz tərəfindən ələ keçirilib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin  məlumatına görə, düşmən döyüş texnikası, silah-sursat və digər hərbi vasitələri tərk edərək qaçmaq məcburiyyətində qalıb. Azərbaycan ordusu cəbhə boyu bütün istiqamətlərdə üstünlüyü əldə saxlayır.



Әlaqәli Xәbәrlәr