Leyla Abdullayeva: ‘‘Dünya bu qәtliama sәssiz qalmamalıdır’’

Azәrbaycan Xarici İşlәr Nazirliyinin mәtbuat xidmәtinin rәisi Leyla Abdullayeva bildirib ki, dünya bu qәtliama sәssiz qalmamalıdır.

1510866
Leyla Abdullayeva: ‘‘Dünya bu qәtliama sәssiz qalmamalıdır’’

Azәrbaycan Xarici İşlәr Nazirliyinin mәtbuat xidmәtinin rәisi Leyla Abdullayeva bildirib ki, dünya bu qәtliama sәssiz qalmamalıdır.

Ermәnistanın Gәncә vә Mingәçivir şәhәrlәrindәki mülki  yaşayış mәntәqәlәtinә tәşkil etdiyi hücum nәticәsindә 13 nәfәr hәyatını itirib, 40-dan çox adam da yaralanıb.

‘‘TRT Haber’’ә müsahibә verәn Leyla Abdullayeva Ermәnistanın törәtdiyi hücumları qiymәtlәndirib. Leyla Abdullayeva deyib: ‘‘Füzulinin işğaldan azad edilmәsi böyük sevinclә qarşılandı. Gәncә әhalisi isә öz evlәrini tәrk etmәyәcәklәrini vә mübarizәlәrini davam etdirәcәklәrini söylәyib’’.

Azәbaycanın Gәncә şәhәrinә edilәn hücumun hәrbi cinayәt olduğunu deyәn Leyla Abdullayeva vurğulayıb ki, Bu dövlәt terrorudur.Çarәsiz olan Ermәnistan mülki vәtәndaşları hәdәf alır.Azәrbaycan mübarizәsini davam etdirәcәk. Bizim mәqsәdimiz torpaqlarımızı geri almaqdır. Terroru dәstәklәyәn Ermәnistan isә bu növ addımlar atır’’.

Leyla Abdullayeva hәmçinin bildirib ki Azәrbaycan mübarizәsini qәtiyyәtlә davam etdirir. Atәşkәslә bağlı çağırışlar edәn ölkәlәr bilmәlidirlәr ki, atәşkәsi pozan Ermәnistandır.

 



Әlaqәli Xәbәrlәr