Azərbaycanın Baş Prokurorluğu məlumat yayıb

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

1510833
Azərbaycanın Baş Prokurorluğu məlumat yayıb

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 60 mülki şəxs qətlə yetirilib, 270 nəfər isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 327, çoxmənzilli yaşayış binalarının sayı 90, yaşayış evlərinin sayı isə 1 704-dir.

Azәrbaycan ordusu Ermәnistanın sentyabrın 27-dә mülki yaşayış mәntәqәlәrinә hücum etmәsindәn sonra әks-hücuma başlamışdı.



Әlaqәli Xәbәrlәr