Türkiyә Böyük Millәt Mәclisinin sәdri Azәrbaycana rәsmi sәfәr edәcәk

Türkiyә Böyük Millәt Mәclisinin sәdri Mustafa Şentopun rәhbәrliyindәki nümayәndә heyәti 18-20 oktyabr tarixlәrindә Azәrbaycana sәfәr edәcәk.

1510329

TBMM-dәn verilәn mәlumata görә, Şentop Azәrbaycan prezidenti İlham Әliyevin dәvәti ilә bu ölkәyә rәsmi sәfәr edәcәk.

Görüşlәrinә Azәrbaycan Respublikasının Müstәqillik Günündә başlayacaq olan Şentop oktyabrın 19-da prezident İlham Әliyev tәrәfindәn qәbul edilәcәk. Mustafa Şentop eyni gün bir sıra rәsmi görüş keçirәcәk.TBMM sәdri oktyabrın 20-dә dә Azәrbaycan Milli Mәclisindә çıxış edәcәk.

Qardaş ölkәyә iki günlük rәsmi sәfәr edәcәyini açıqlayan Şentop deyib: ‘‘Bakıda keçirәcәyimiz görüşlәrdә Türkiyәnin dәstәyini vurğulayacağıq. Bir millәt iki dövlәt olaraq problemlәrimiz vә sevinclәrimiz ortaqdır. Bölgәdә şülhün vә әdalәtin tәmin olunması Türkiyәnin yeganә mәqsәdidir’’.

Әlaqәli Xәbәrlәr