Qırğızıstanda Sadır Japarov Prezidentin səlahiyyətlərini öz üzərinə götürüb

Qırğızıstanın Baş naziri Sadır Japarov Prezidentin səlahiyyətlərini öz üzərinə götürüb.

1510004
Qırğızıstanda Sadır Japarov Prezidentin səlahiyyətlərini öz üzərinə götürüb

Qırğızıstanın Baş naziri Sadır Japarov Prezidentin səlahiyyətlərini öz üzərinə götürüb.

Japarov bunu Hökumət evi qarşısında mitinqçilərin qarşısında çıxış edərkən deyib.

O bildirib: “Prezident Sooronbay Jeenbekov istefa verməsi haqqında ərizə yazıb. Konstitusiyaya görə, Prezidentin səlahiyyətləri Joqorku Keneşin (parlament) sədrinə keçir. Parlamentin sədri Kanat İsayev isə Prezidentin səlahiyyətlərini öz üzərinə götürməkdən imtina edir. O bununla əlaqədar ərizə də yazıb. Beləliklə Baş nazir kimi Prezidentin səlahiyyətləri də mənə keçib”.

Oktyabrın 4-də Qırğızıstanda keçirilmiş parlament seçkilərinin nəticələrinin ləğv olunmasını tələb edən müxalifətin təşkil etdiyi etirazlar alovlandıqdan sonra Prezident Administrasiyası, eləcə də parlament binası işğal və talan edilmişdi.

Nümayişçilərin bir qismi, “qubernatoru girov götürmək və etirazlar təşkil etmək” maddəsi ilə həbs edilən Ata Curt Partiyasının sabiq millət vəkili Sadır Caparovu həbsxanadan çıxararaq həmin gün baş nazir kürsüsünə təyin etmişdilər.



Әlaqәli Xәbәrlәr