İsraildә Azәrbaycana dәstәk aksiyası keçirilib

İsraildә yaşayan azәrbaycanlılar Azәrbaycana dәstәk aksiyası keçiriblәr.

1510029
İsraildә Azәrbaycana dәstәk aksiyası keçirilib

 

İsraildә yaşayan azәrbaycanlılar Azәrbaycana dәstәk aksiyası keçiriblәr.

Petah Tikva şәkәr mәrkәzindә toplanan çox  sayda Azәrbaycan mәnşәli yәhudilәrin iştirak etdiyi aksiyada  Ermәnistanın törәtdiyi hücumlar nәticәsindә hәyatını itirәn azәrbaycanlı әsgәrlәr vә mülki şәxslәrin әziz xatirәsi bir dәqiqәlik sükutla yad ediliblәr. Әzәrbaycan, Türkiyә vә İsrail bayraqlarını daşıyan aksiyaçılar ‘‘Qarabağ bizimdir, bizim qalacaq’’, ‘‘Şәhidlәr ölmәz vәtәn bölünmәz’’ kimi süarlar sәslәndiriblәr. Aksiyaçılar hәmçinin ‘‘Azәrbaycan bayrağını Qarabağa asacağıq’’, ‘‘Qarabağ Azәrbaycanındır’’ vә  ‘‘Ermәnistanın hücumlarını dayandırın’’ yazılı plakatlar daşıyıblar.

İsraildә yaşayan azәrbaycanlı müsәlmanların da dәstәk verdiyi aksiyada Ermәnistanın Azәrbaycandakı  mülki yaşayış mәntәqәlәrinә tәşkil etdiyi hücumlar zamanı çәkilmiş şәkillәr dә yer alıb.

İsrailin çox sayda şәhәrindә yüz minәdәk Azәrbaycan mәnşәli yәhudi yaşayır. Mәlumata әsasәn, bu yәhudilәrin әksәriyyәti Sovet İttifaqı dağıldıqdan sonra İsrailә köç edib. Azәrbaycanda yaşayan yәhudilәrin ümumi sayı on minәdәkdir.

 





 



Әlaqәli Xәbәrlәr