Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətində DP və YDP Ersin Tatarı dəstəkləyəcək

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətində Demokrat Partiya (DP) və Yenidən Dirçəliş Partiyası (YDP) Baş nazir Ersin Tatara dəstək verəcəklərini açıqlayıblar.

1509527
Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətində DP və YDP Ersin Tatarı dəstəkləyəcək

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətində Demokrat Partiya (DP) və Yenidən Dirçəliş Partiyası (YDP) bazar günü keçiriləcək prezident seçkilərinin ikinci turunda Milli Birlik Partiyasının (UBP) namizədi Baş nazir Ersin Tatara dəstək verəcəklərini açıqlayıblar.
"Türk Agentliyi Kıbrıs"ın xəbərinə görə, DP Partiya Məclisi toplantısından sonra verilən açıqlamada prezident seçkilərinin ikinci turunda Tatara dəstək qərarı verildiyi bildirilib.
Seçkinin ilk turunda DP eyni zamanda DP millət vəkili olan müstəqil namizəd Serdar Denktaşı dəstəkləyib.
YDP Partiya Məclisi də Ersin Tatarı dəstəkləyəcəyini açıqlayıb. Xalq Partiyası (HP) isə seçkinin ikinci turunda seçicilərini istiqamətləndirməyəcəyini açıqlayıb.
HP seçkilərin ilk turunda həmin zamanda HP millət vəkili olan Baş nazir müavini, Xarici İşlər naziri və müstəqil namizəd Kudret Özersaya dəstək verib.
Baş nazir Ersin Tatar və Prezident Mustafa Akıncı 18 oktyabrda Şimali Kıbrıs Türk Cümhuriyyətində keçiriləcək Prezident seçkilərinin ikinci turunda yarışacaqlar.



Әlaqәli Xәbәrlәr