Erməni təxribatı nəticəsində həlak olan mülki şəxslərin sayı açıqlanıb

Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb.

1508291
Erməni təxribatı nəticəsində həlak olan mülki şəxslərin sayı açıqlanıb

Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb.

Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 42 mülki şəxs həlak olub, 206 nəfər yaralanıb.

Bundan başqa, 241 mülki obyekt və 1479 yaşayış evi, 66 çoxmərtəbəli yaşayış binası yarasız hala düşüb.

Qeyd edək ki, Azərbaycan ordusu Ermənistan ordusunun mülki yaşayış objektlərinə atəş açması nəticəsində 27 sentyabrda əks-hücum başladıb. Mövqelərini itirən Ermənistan ordusu Azərbaycanan mülki yaşayış məntəqələrinə top və raketlərlə hücumlarını davam etdirib. 

Ermənistan və Azərbaycan Rusiyanın paytaxtı Moskvada keçirilən görüşlərdə 10 oktyabr 2020-ci il tarixində yerli saatla 12:00-dan qüvvədə olacaq şəkildə Dağlıq Qarabağdakı cənazələrin və əsirlərin mübadiləsini nəzərdə tutan humanitar məqsədli atəşkəs qəbul etmişdi.

Ermənistan ordusunun atəşkəs qərarının üzərindən 24 saat keçmədən Azərbaycanın Gəncə şəhərinə raketlərlə hücumu nəticəsində 10 mülki vətəndaş həlak olub, 35 nəfər isə yaralanıb. 



Әlaqәli Xәbәrlәr