Şimali Kıbrıs Türk Cümhuriyyətində ən çox səs toplayan iki namizəd ikinci tura keçib

Şimali Kıbrıs Türk Cümhuriyyətində keçirilən prezident seçkilərinin ilk turda heç bir namizədin 50 faizdən çox səs ala bilməyib.

1507035
Şimali Kıbrıs Türk Cümhuriyyətində ən çox səs toplayan iki namizəd ikinci tura keçib

Şimali Kıbrıs (Kpir) Türk Cümhuriyyətində keçirilən prezident seçkilərinin ilk turunda heç bir namizəd 50 faizdən çox səs ala bilməyib, beləliklə seçki ikinci tura qalıb.
Mərkəzi Seçki Şurasının məlumatına görə, səsvermə prosesi oktyabrın 11-də yerli vaxtla saat 18: 00-da bitdikdən sonra bütün seçki qutuları açılıb. Buna görə, namizədlərdən heç biri 50 faizdən çox səs ala bilməyib. 32,35 faiz səs toplayan Ersin Tatar və 29,84 faiz səs toplayan mövcud prezident Mustafa Akıncı 18 oktyabrda keçiriləcək seçkilərin ikinci turunda yenidən yarışacaqlar.
İlk turda 7-si müstəqil olan 11 namizəd mübarizə aparıb.198 min 867 seçicidən 54,72 faizi səs verib.
Oktyabrın 11-də keçirilən seçki tarixə ən çox namizədin qatıldığı prezident seçkisi kimi düşüb.
 



Әlaqәli Xәbәrlәr