Azərbaycan qoşunları bütün cəbhə boyu əməliyyat üstünlüyünü qoruyur

Oktyabrın 11-dən 12-ə keçən gecə bütün cəbhə boyu vəziyyət gərgin sabit qalıb.

1507060
Azərbaycan qoşunları bütün cəbhə boyu əməliyyat üstünlüyünü qoruyur
Gence.3.jpg
Gence.2.jpg
Gence.1.jpg

Ermənistan ordusunun atəşkəs qərarının üzərindən 24 saat keçmədən Azərbaycanın Gəncə şəhərini raket atəşinə tutması nəticəsində xəsarət alan şəxslərdən biri xəstəxanada vəfat edib. Bununla da hücum nəticəsində həlak olanların sayı 10 olub.

Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, Ermənistan tərəfindən fırladılan raketlərin yaşadığı mənzilə düşməsi nəticəsində yaralanan mülki şəxslərdən biri də həyatını itirib, bununla da həlak olanların sayı 10-a çıxıb, yaralı sayı isə 35-dir.

Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi riayət edir.

Ermənistan tərəfinin guya Azərbaycan Ordusunun Hadruta daxil olmaq məqsədilə bu istiqamətdə xeyli sayda qüvvə cəmləşdirməsi və gərgin döyüşlərin getməsi barədə yaydığı məlumat açıq-aydın dezinformasiyadır.

Hadrut artıq bir neçə gün bundan əvvəl Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub.

Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında qeyd olunub ki, Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi riayət edir və heç bir aktiv döyüş fəaliyyəti həyata keçirmir.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri itirdikləri mövqeləri geri qaytarmaq məqsədilə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində bir neçə dəfə kiçik qruplarla Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib.

Həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd T-72 tankı, bir neçə avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Əldə olunan məlumata əsasən döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin 9-cu alayının artilleriya rəisi tabeliyində olan bölmə ilə Hadrut yaşayış məntəqəsi istiqamətindən geri çəkilib, alayın 5-ci taborunun şəxsi heyəti isə təhkim olunmuş texnikanı döyüş mövqelərində qoyub qaçıb. Bundan əlavə, 5-ci və 522-ci alayın şəxsi heyəti avtomobil və zirehli texnikalarını da mövqelərdə ataraq geri çəkilib.

Qırmızı Bazar məntəqəsi istiqamətinə endirilən artilleriya zərbəsi nəticəsində 1-ci alayın daimi dislokasiya məntəqəsində yeraltı sığınacaq və düşmənin geri çəkilən bölməsinin 2 texnikası məhv edilib.

Məlumata əsasən canlı qüvvə sarıdan xeyli itki verən düşmən ordusunda ölənlər arasında 246-cı alayın tabor komandiri polkovnik-leytenant Artur Qriqoryan da var.

Ermənistan silahlı qüvvələrinin 1-ci alayının müdafiə sahəsində geri çəkilən bölmələr arasında rabitə və qarşılıqlı əlaqənin pozulması səbəbindən bölmələr bir-birinə atəş açıb. Tankəleyhinə və digər bölmənin şəxsi heyəti də döyüş mövqelərini tərk edib.

Qeyd edək ki, hazırda Azərbaycan qoşunları bütün cəbhə boyu əməliyyat üstünlüyünə malikdir.



Әlaqәli Xәbәrlәr