Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətində bu gün prezident seçkiləri keçirilir

Seçkilərdə 11 namizəd yarışır, onlardan 7-si müstəqildir.

1506711
Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətində bu gün prezident seçkiləri keçirilir

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətində bu gün prezident seçkiləri keçirilir.
Şimali Kıbrıs Türk Cümhuriyyətində 2 aprel tarixində keçirilməsi lazım olan, lakin yeni növ koronavirus (Covid-19) səbəbiylə təxirə salınan prezident seçkiləri bu gün reallaşır. 
198 min 867  min Kıbrıslı Türk seçici 738 seçki qutusunda səs verəcək. Seçkilərdə 11 namizəd yarışır, onlardan 7-si müstəqildir. 
Prezident Mustafa Akıncı, Kudret Özersay və Serdar Denktaş seçkilərə müstəqil namizəd olaraq qatılırlar.
Milli Birlik Partiyasının namizədi Ersin Tatardır.
Cümhuriyyət Türk Partiyasından Tufan Erhürman, Dirçəliş Partiyasından Erhan Arıklı və Milliyyətçi Demokratiya Partiyasından Fuat Çiner Prezidentliyə namizəd olublar.
Prezident seçilmək üçün səslərin 50 faizindən çoxu tələb olunur.
Heç bir namizəd 50 faiz həddini aşmasa, ikinci tur seçki 18 oktyabrda baş tutacaq. İkinci turda ilk turda ən çox səs toplayan iki namizəd mübarizə aparacaq.



Әlaqәli Xәbәrlәr