Gəncədə çoxmənzilli binanın dağıntıları altından daha bir sakinin cəsədi çıxarılıb

Ermənistan silahlı qüvvələri 2020-ci il oktyabrın 10-da elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozmaqda davam edir.

1506672
Gəncədə çoxmənzilli  binanın dağıntıları altından daha bir sakinin cəsədi çıxarılıb

İşğalçı Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binasını oktyabrın 11-də gecə saat 02 radələrində raket atəşinə tutması nəticəsində dağılan çoxmənzilli yaşayış binasının dağıntıları altında qalan sakinlərin çıxarılması işləri davam etdirilir.

Çoxmənzilli  binanın dağıntıları altından daha iki sakinin cəsədi çıxarılıb. Bununla da dağıntıların altından 9 mülki vətəndaşın cəsədi çıxarılıb, 33 vətəndaş isə bədən xəsarəti alıb.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 2020-ci il oktyabrın 10-da elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmağa davam edir.



Әlaqәli Xәbәrlәr