Ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 31 mülki şəxs həlak olub

Ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 31 mülki şəxs həlak olub, 154 nəfər yaralanıb.

1505373
Ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 31 mülki şəxs həlak olub

Ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 31 mülki şəxs həlak olub, 154 nəfər yaralanıb.

Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb.

Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 31 mülki şəxs həlak olub, 154 nəfər yaralanıb.

Bundan başqa, 133 mülki obyekt və 928 yaşayış evi yarasız hala düşüb.

"Azərbaycanın Bərdə və Tərtər şəhərlərinə və mülki insanlara hücum edən Ermənistan ordusunun “Qrad” yaylım atəşli reaktiv sistemi dəqiq idarəolunan raketlə məhv edilib”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ”Twitter”dəki hesabındakı paylaşımında bildirib.

“Bir çox günahsız mülki şəxsin həyatı xilas edilib və mülki infrastruktura dəyə biləcək potensial zərərin qarşısı alınıb”, - deyə Prezidentin köməkçisi qeyd edib.



Әlaqәli Xәbәrlәr