Ermənistan ordusunun Bakı-Tblisi-Ceyhan kəmərinə raket zərbəsinin qarşısı alınıb

Təcavüzkar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, Azərbaycan ərazilərində dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

1504113
Ermənistan ordusunun Bakı-Tblisi-Ceyhan kəmərinə raket zərbəsinin qarşısı alınıb

Təcavüzkar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, Azərbaycan ərazilərində dinc əhaliyə qarşı terror əməllərini davam etdirir. 

Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidmətindən verilən məlumata görə, Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə işğalçı ölkənin silahlı qüvvələri 06.10.2020-ci il tarixdə saat 21 radələrində regionun ən böyük strateji layihəsi, Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm yer tutan Bakı-Tblisi-Ceyhan neft kəmərini hədəfə almaqla kəmərin Yevlax rayon ərazisindən keçən hissəsinə raket zərbələri endirsə də, Azərbaycan Ordumusnun qətiyyətli tədbirləri nəticəsində həmin terror cəhdinin qarşısı alınıb.

Digər tərəfdən, Azərbaycan Ordusu Ermənistanın ikinci dəfə uzun mənzilli raketlərlə hədəfə almaq istədiyi Yevlax şəhərinə hücumun qarşısını aldı.
Anadolu Agentliyi heyətinin Ermənistan ordusunun dünən gecə BTC boru kəmərinə qarş ilk raket hücumunda partlamamış kaset bombasını görüntülədiyi zaman ikinci hava hücumu həyata keçirib.
Hücum baş vermədən əvvəl boru kəməri ətrafında Azərbaycana məxsus silahlı pilotsuz uçuş aparatı (SPUA) görünüb.
SPUA-nın fəallığından qısa müddət sonra Azərbaycana məxsus havadan müdafiə sistemi Ermənistan tərəfdən gələn raketi sıradan çıxarıb.  
AA müxbirinə danışan hadisə yerindəki Azərbaycan təhlükəsizlik rəsmiləri raketin Ermənistanın hücumunun qarşısını almaq üçün atıldığını söyləyib.



Әlaqәli Xәbәrlәr