Azərbaycan ordusu Ermənistan ordusuna məxsus bir çox zirehli texnikanı məhv edib

Azərbaycan ordusu işğal olunmuş əraziləri xilas etmək üçün başladığı əməliyyatın 8-ci günündə irəliləməyə davam edərək, Cəbrayıl şəhəri və 9 kəndi azad edib.

1502655
Azərbaycan ordusu Ermənistan ordusuna məxsus bir çox zirehli texnikanı məhv edib

Azərbaycan ordusu işğal olunmuş əraziləri azad etmək üçün başladığı əməliyyatın 8-ci günündə irəliləməyə davam edərək, Cəbrayıl şəhəri və 9 kəndi azad edib.
Ermənistan ordusuna məxsus bir çox zirehli texnikanı məhv edən Azərbaycan əsgərləri yenə çox sayda silah-sursat ələ keçirib.

Ermənistan ordusu isə dünən gecə Azərbaycanın Mingəçevir şəhəri ilə Xızı və Abşeron bölgələrinə raketlərlə hücum edib.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistanın Azərbaycanın mühüm mülki infrastrukturunu məqsədli şəkildə hədəf almasının daha bir sübutu barədə tvit paylaşıb.

Mingəçevirdə enerji blokunun yaxınlığına düşən raketin fotolarını paylaşan H.Hacıyev onun partlamadığını bildirib.

"Ermənistanın ağlını başına yığması və məsuliyyətini dərk etməsi üçün Sülhə məcburetmə davam etməlidir" deyə, Prezidentin köməkçisi qeyd edib.



Әlaqәli Xәbәrlәr