Gecə ərzində və səhər saatlarında cəbhənin müxtəlif istiqamətlərində döyüş əməliyyatları davam edib

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Ağdərə istiqamətində Azərbaycan qoşunları Madagiz ətrafındakı hakim yüksəklikləri düşməndən azad edib.

1501295
Gecə ərzində və səhər saatlarında cəbhənin müxtəlif istiqamətlərində döyüş əməliyyatları davam edib

Oktyabrın 2-də gecə ərzində və səhər saatlarında cəbhənin müxtəlif istiqamətlərində döyüş əməliyyatları davam edib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Ağdərə istiqamətində Azərbaycan qoşunları Madagiz ətrafındakı hakim yüksəklikləri düşməndən azad edib və bu məntəqəni nəzarətdə saxlayır.

Cəbrayıl-Füzuli istiqamətində qoşunlar düşmənin müqavimətini qıraraq onu geri çəkilməyə məcbur edib və irəliləməyə nail olub.

Murov dağı istiqamətində də əməliyyat şəraiti Azərbaycan qoşunlarının nəzarəti altındadır.

Bakı vaxtı ilə saat 00:00-dan 07:00-dək düşmənin 5 zirehli və avtomobil texnikası, 3 hərbi infrastruktur obyekti və xeyli sayda şəxsi heyəti məhv edilib.

Əldə edilən digər məlumata əsasən, Ermənistandan işğal olunmuş Azərbaycan ərazilərinə gətirilən erməni könüllüləri döyüşlərin gərginliyi və itkilərinin çox olmasından qorxaraq müxtəlif bəhanələrlə döyüşdən imtina edirlər.

Döyüşlərdə əldə edilən uğurlar və müxtəlif istiqamətlərdə hakim mövqelərin azad olunmasının Azərbaycan Ordusunun şəxsi heyəti arasında yüksək döyüş ruhu və qələbə əzmini daha da artırdığı bildirilib.



Әlaqәli Xәbәrlәr