Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti Azərbaycan torpaqlarına edilən hücumları qınayıb

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti Prezidenti Mustafa Akıncı Azərbaycan torpaqlarına edilən hücumları qınayıb və dost və qardaş Azərbaycan xalqına Kıbrıs Türk xalqı adından həmrəylik duyğularını çatdırıb.

1498295

Mustafa Akıncı yazılı açıqlamasında Ermənistanla Azərbaycan arasında on illərdir həll olunmayan Qarabağ münaqişəsinin yenidən isti bir qarşıdurmaya çevrildiyini qeyd edib. 
 Akıncı "Beynəlxalq hüquq baxımından müstəqillik adı altında Azərbaycanın ərazisi olan Dağlıq Qarabağda müstəqillik görüntüsü arxasında davam edən  erməni hakimiyyəti Azərbaycan tərəfindən haqlı olaraq qəbul edilmir" ifadənsini işlədib.
Mustafa Akıncı beynəlxalq ictimaiyyət nəzdində də həll olunmayan bu problemin insan tələfatına və kədərlərə səbəb olduğunu və yaşanmağa davam etdiyini bildirərək, "Azərbaycan torpaqlarına edilən hücumları qınayarıq və dost və qardaş Azərbaycan xalqına Kıbrıs Türk xalqı adından həmrəylik duyğularımızı çadrırıram" deyib.

Әlaqәli Xәbәrlәr