Prezident Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub

Prezident Rəcəb Tayyib Ərdoğan qardaş ölkənin Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına 15 sentyabr Bakının işğaldan azad olunmasının 102-ci ildönümü münasibətilə təbriklərini çatdırıb.

1491169
Prezident Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub

Prezident Aparatının Mətbuat Xidmətindən verilən məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğan qardaş ölkənin Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına 15 sentyabr Bakının işğaldan azad olunmasının 102-ci ildönümü münasibətilə təbriklərini çatdırıb.

Prezident Ərdoğan Bakının işğaldan azad olunmasında Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun və Azərbaycan Milli Ordusunun rolunu qeyd edib.

Dövlət başçıları ölkələrimizin hər zaman bir-birinin yanında olduğunu və bütün məsələlərdə bir-birini dəstəklədiklərini vurğulayıblar.

Telefon danışığı zamanı Bakının azad edilməsinin 100 illiyi münasibətilə iki il əvvəl keçirilmiş hərbi parad da xatırladılıb. Azərbaycan və Türkiyə əsgərlərinin iştirak etdiyi hərbi paradın hər iki ölkənin prezidentləri tərəfindən birgə izlənməsi xoş təəssüratlarla qeyd edilib. Bu gün ölkələrimiz arasında əlaqələrin daha da yüksək səviyyəyə qalxmasından məmnunluq ifadə olunub.

Söhbət zamanı iki qardaş ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə edilib. 



Әlaqәli Xәbәrlәr