Hulusi Akarın başçılığındakı nümayədə heyəti Şimali Kıbrıs ( Kipr) Türk Cümhuriyyətində səfərdədir

Milli Müdafiə Naziri Hulusi Akar ordu komandalanları ilə birlikdə Şimali Kıbrıs ( Kipr) Türk Cümhuriyyətinə səfər edib.

1489896
Hulusi Akarın başçılığındakı nümayədə heyəti Şimali Kıbrıs ( Kipr) Türk Cümhuriyyətində səfərdədir

Milli Müdafiə Naziri Hulusi Akar ordu komandanları ilə birlikdə Şimali Kıbrıs ( Kipr) Türk Cümhuriyyətinə səfər edib.
Akar Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, Quru Qoşunlar komandanı general Ümit Dündar, Hərbi Donanma komandanı admiral Adnan Özbal və Hava Qüvvələri komandanı general Hasan Küçükakyüz ilə Antalyanın Kaş qəsəbəsindəki görüşlərini tamamladıqdan sonra Lefkoşaya gedib.
Nazir Akar və komandanlar Şimali Kıbrıs Türk Cümhuriyyətində keçirilən "Şehit Yüzbaşı Cengiz Topel Akdeniz Fırtınası-2020" təliminin "Seçilmiş Müşahidəçi Günü" fəaliyyətlərini izləyib.
Təlim Kıbrıs Türk Sülh Qüvvələri Komandanlığı ilə Şimali Kıbrıs Türk Cümhuriyyəti Təhlükəsizlik Qüvvələri Komandanlığı arasında qarşılıq təlim, əməkdaşlıq və qarşılıqlı əlaqəni inkişaf etdirmək üçün birgə və taktiki olaraq həyata keçirilir.

Hədəflərin dəniz artilleriya atışları, komandolar və "F-16" tərəfindən dəqiq vurulduğu təlimin axırında çıxış edən Akar deyib:
"Biz Kıbrısı milli məsələ olaraq qəbul edirik və buradayıq. Burada bizə tapşırılacaq nə vəzifə olsa icra ederik, 1974-cü ildə nə etmişiksə, eyni ruh, eyni həyəcanla Şimali Kıbrıs Türk Cümhuriyyətiindəki qardaşlarımızın təhlükəsizliyi və mövcudluğu üçün hər şeyi etdik, etməyə hazırıq. Türkiyə beynəlxalq müqavilələrə əsasən Kıbrısda zamin  ölkədir. Şərqi Aralıq dənizində hüquqlarımız, əlaqələrimiz və maraqlarımız var. Bəzi ölkələr bunların əleyhinə hərəkətlər edir və tədbirlər görürlər. Onları böyük səbirlə izləyirik. Ancaq hüquqlarımızı və qanunlarımızı qorumaq üçün nə nə lazımdırsa indiyədək olduğu kimi addımlarımızı atmağa davam edəcəyik. Bizim buradakı haqlarımızdan imtina etməyimiz qeyri-mümkündür. Biz sülh, dialoq, danışıqların və bu məsələnin siyasi həllinin tərəfdarıyıq, digər tərəfdən heç bir oldu-bitdiyə icazə verməyəcəyimizi, öz haqqımızın, Şimali Kıbrıs Türk Cümhuriyyətindəki qardaşlarımızın hüquqlarının pozulmasına icazə verməyəcəyimizi də hər kəs başa düşməlidir.  
Çıxışdan sonra bölgədəki hərbi qoşunlarda təqiqat və yoxlamalar aparan Akar və komandanlar Şimali Kıbrıs Türk Cümhuriyyətindən ayrılıblar.



Әlaqәli Xәbәrlәr