Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (12 sentyabr)

Azərbaycanda son sutkada 135 nəfər "Covid-19"a yoluxub,

1489409
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (12 sentyabr)

Azərbaycanda son 24 saat ərzində 135 nəfər "Covid-19"a yoluxub, 167 nəfər sağalıb, 2 nəfər vəfat edib.

Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasına 135 yeni yoluxma faktı qeydə alınıb, 167 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

"Covid-19" üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 38172 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 35607 nəfər müalicə olunaraq sağalıb, 559 nəfər vəfat edib, aktiv xəstə sayı 2006 nəfərdir.

Azərbaycanda "Covid-19"a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı da açıqlanıb.

Ölkədə son sutka ərzində 7351, hazırkı dövrədək isə 1002727 test aparılıb.



Әlaqәli Xәbәrlәr