Türkiyə-Azərbaycan birgə təlimlərində “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

Türkiyə-Azərbaycan quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib.

1472502

Azərbaycan və Türkiyə Müdafiə Nazirliklərinin rəhbərliyi və qoşun növləri komandanları təlimlərin birinci mərhələsinin son epizodunu izləmək üçün təlim poliqonunda olublar.
Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, əvvəlcə təlimin planlaşdırılması, ona hazırlıq prosesi, qoşunların yerləşdirilməsi, eləcə də mərhələlər üzrə icra olunan tapşırıqlar barədə brifinq təqdim edilib.

Təlimlər haqqında ərazinin maketi üzərində ətraflı məruzə olunduqdan sonra yüksək səviyyəli qonaqlar təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika ilə tanış olub, qarşıya qoyulan tapşırıqların praktiki icrasını müşahidə ediblər.
Birgə təlimlərin birinci mərhələsinin son epizodu müvəffəqiyyətlə başa çatdıqdan sonra qonaqlar şəxsi heyətlə görüşüb, fərqlənən hərbi qulluqçuları mükafatlandırıb və xatirə şəkli çəkdiriblər.
Sonda Azərbaycan və Türkiyə hərbi marşlarından ibarət musiqi proqramı nümayəndə heyətləri və təlim iştirakçılarına təqdim olunub.

Әlaqәli Xәbәrlәr