Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (31 iyul)

Ötən 24 saat ərzində koronavirus infeksiyasına 318 yoluxma faktı qeydə alınıb.

1465100
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (31 iyul)

Ötən 24 saat ərzində koronavirus infeksiyasına 318 yoluxma faktı qeydə alınıb, 714 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

TRT-nin Bakı təmsilçiliyinin verdiyi məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış  7 nəfər vəfat edib.

  Hazırkı dövrədək ölkədə 31 min 878 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 25 min 882 nəfər müalicə olunaraq sağalıb, 441 nəfər vəfat edib. Aktiv xəstə sayı  5548 nəfərdir.

  Ötən müddət ərzində 724 min 953 test aparılıb.



Әlaqәli Xәbәrlәr