Los-Ancelesdə ermənilər azərbaycanlılara hücum edib, xəsarət alanlar var

Azərbaycanın Los-Anceles şəhərindəki Baş Konsulluğunun binasının önündə azərbaycanlılar ermənilərlə üz-üzə gəliblər.

1459803
Los-Ancelesdə ermənilər azərbaycanlılara hücum edib, xəsarət alanlar var

Los-Ancelesdə yaşayan erməni daşnakları Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun binasını əhatəyə alaraq Azərbaycana qarşı aqressiv və təxribatçı şüarlarla etiraz aksiyası keçiriblər. Ancaq onların gözləmədikləri halda, Kaliforniyada yaşayan Azərbaycan icmasının üzvləri yüzlərlə erməninin qarşısına çıxaraq onların bu təxribatına mane olublar.

Azərbaycanlı icma üzvləri Ermənistanın Azərbaycana qarşı təcavüzü və etnik təmizləmə siyasətini ifşa edən, işğal nəticəsində 1 milyona yaxın dinc azərbaycanlının öz doğma yurdlarından didərgin düşdüyünü əks etdirən ingilis dilində “Qarabağ Azərbaycandır!”, “Ermənistanın təcavüzünə son qoyun!”, “Xocalıya ədalət!”, “Ermənistan yeni növ koronavirus pandemiyası dövründə Azərbaycana qarşı müharibəyə başlayır. Ar olsun!” və digər çoxsaylı şüarlar yazılan şəkilli plakatlar nümayiş etdirərək erməniləri susdurublar.

Ancaq təəssüf ki, ermənilər azərbaycanlılara bir anda hücum edərək onlara müxtəlif bədən xəsarətləri yetiriblər. Nəticədə biri qadın olmaqla 7 azərbaycanlı müxtəlif xəsarətlər alıb. Bundan başqa, qadın azərbaycanlı erməni zorakılığından mühafizə etməyə çalışan polis əməkdaşı da başından xəsarət alıb. Xəsarət alan azərbaycanlılardan 4 nəfər xəstəxanaya müraciət edib. Baş konsul Nəsimi Ağayev xəstəxanaya gedərək xəsarət alan həmyerlilərlə görüşüb, erməni cinayətkarlarının məsuliyyətə cəlb olunmaları üçün bütün lazımi tədbirlərin görüldüyünü bildirib.

Hadisədən dərhal sonra baş konsul Los-Anceles polis idarəsinin rəisi Mişel Moore ilə əlaqə saxlayaraq, vəziyyətin ciddiliyi ilə bağlı ona məlumat verib və polisin erməni zorakılığının qarşısını ala bilməməsi ilə bağlı ciddi iradını bildirib.



Әlaqәli Xәbәrlәr