Ermənistanın Azərbaycan torpaqlarına təxribat hücumları davam edir
Ermənistan ordusu son 24 saatda Azərbaycana qarşı 53 dəfə atəşkəs pozuntusu edib
Ermənistan ordusu son 24 saatda Azərbaycana qarşı 53 dəfə atəşkəs pozuntusu edib. Ağır silahlar və toplarla açılan atəşlərdə can itkisi yaşanmayıb.
Azərbaycan ordusu qarşı tərəfi atəşlə susdurub.
Atəşkəs pozuntuları Ermənistanın Berd və Çemberek bölgələri ilə işğal altında tutduğu Tərtər, Şəbəkədəm, Füzuli və Cəbrayil rayonlarında baş verib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov diplomatik danışıqlar aparmaqdadır. O, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə telefonda danışıb, həmkarlarına Tovuzda Ermənistan təxribat xarakterli hücumları haqqında məlumat verib.
Azərbaycanın müdafiə naziri Zakir Həsənov isə Rusiya müdafiə naziri Sergey Şoygu ilə danışıb. Telefon söhbətində Qafqazda son günlər yaşanan qarşıdurmalar və ümumi vəziyyət müzakirə edilib.
Әlaqәli Xәbәrlәr
Pakistan Əfqanıstanda bir sıra sığınacaq yerlərini bombalayıb
Pakistan Əfqanıstanda Pakistan Talibanının sığındığı iddia edilən yerləri bombalayıb.