"Covid-19"a yaxalanmış dünya liderləri və dövlət məmurları

Dünya üzünə yayılan yeni tip korona virusu (Covid-19) bir çox ölkədə yalnız xalqı deyil, səlahiyyətli dövlət məmurlarını da yaxalayıb

1452179
"Covid-19"a yaxalanmış dünya liderləri və dövlət məmurları

 

  Dünya üzünə yayılan yeni tip korona virusu (Covid-19) bir çox ölkədə yalnız xalqı deyil, səlahiyyətli dövlət məmurlarını da yaxalayıb.

  “Covid-19” testinin müsbət çıxdığı bildirilən Braziliya prezidenti Jair Bolsonaro bu günə qədər virusun bulaşdığı ən üst səviyyə dövlət idarəçisi sayılır.

  Çində ortaya çıxan epidemiya başlanandan bu yana aralarında baş nazir, nazir, parlament sədri və kral ailə üzvlərinin də olduğu çox sayda dövlət səlahiyyətlisi “Covid-19”a tutulub.

  İngiltərənin baş naziri Boris Conson, Rusiyanın baş naziri Mixail Mişustin, Ermənistanın baş naziri Nikol Paşinyan və Qvineya-Bissaunun baş naziri Nuno Qomes Nabiam “Covid-19”a tutulan hökumət başçılarıdır.

  İranın vitse-prezidenti Məsumə İbtikar, Cənubi Sudanın vitse-prezidenti və müdafiə naziri Riyek Maçar (Riek Machar) və İspaniyanın vitse-prezidenti Karmen Kalvoda (Carmen Calvo) “Covid-19” testləri müsbət çıxıb.

  İngiltərənin səhiyyə naziri Metyu Henkok (Matthew Hancock), İsrailin səhiyyə naziri Yaakov Litzman, Əfqanıstanın səhiyyə naziri Firuziddin Firuz, Qananın səhiyyə naziri Kvaku Aqyemanq-Manu (Kwaku Agyemangımanı), Avstraliyanın daxili işlər naziri Piter Datton (Peter Dutton), Fransanın mədəniyyət naziri Frank Rister (Franck Riester), Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova, Polşa ətraf mühit naziri Maykl Voz (Michael Wos) və Avropa İttifaqının (Aİ) “Brexit” üzrə müşaviri Mişel Barnyedə (Michel Barnier) də virus təsbit edilib.

  İran Məclisinin sədri Əli Laricani və Pakistan Məclisinin sədri Esad Keyserə də korona virusu diaqnozu qoyulub.

  İngiltərənin vəliəhd şahzadəsi Çarlz (Charles) ilə Monako şahzadəsi Albert də “Covid-19” şübhəsiylə müşahidə altındadır.

  Xatırladaq ki, Çinin Vuhan şəhərində 2019-cu ilin dekabr ayında ortaya çıxan “Covid-19” virusu 200-dən çox ölkə və bölgəyə yayılaraq epidemiyaya çevrilib.



Әlaqәli Xәbәrlәr