Azərbaycanda virusdan vəfat edənlərin sayı azalır (15 iyun)

TRT-nin Bakı təmsilçiliyinin verdiyi məlumata görə

1436455
Azərbaycanda virusdan vəfat edənlərin sayı azalır (15 iyun)

 

  Azərbaycanda daha 365 nəfərdə korona virusu aşkarlanıb, 156 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 3 nəfər vəfat edib. Məlumatı TRT-nin Bakı təmsilçiliyinin Azərbaycan respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahına əsasən verib. 

   "Covid-19" üçün götürülən analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

  İndiyə qədər Azərbaycanda 10.324 nəfərin korona virusu infeksiyasına yoluxması faktı müəyyənləşib: onlardan 5739 nəfər müalicə alaraq sağalıb, 122-si həyatını itirib, 4463-ünün isə xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

  Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 386 min 868 test aparılıb. Bugünkü test sayı isə 5052-dir.



Әlaqәli Xәbәrlәr