“Maska taxmırsan, nəyi isbat etmək istəyirsən?”

Donald Trampın tibbi maska istehsal edən müəssisəyə gedib maska taxmaması reaksiyalara səbəb olub

1411869
“Maska taxmırsan, nəyi isbat etmək istəyirsən?”

 

  Yeni növ korona virusu (Covid-19) epidemiyasına qarşı mübarizədə xalqa maraqlı tövsiyələri ilə gündəmdən düşməyən Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın tibbi maska istehsal edən müəssisəyə gedib maska taxmaması reaksiyalara səbəb olub.

  Dünyanı təsiri altına alan korona virusu epidemiyasının mərkəzinə çevrilən ABŞ-da ölkə prezidenti Donald Tramp Arizona ştatında “95 maskaları” istehsal edən Honivel (Honeywell) fabrikinə getdiyi zaman maska taxmamasını amerikalılar "Maska fabrikinə baş çəkirsiniz, maska taxmırsınız. Nəyi sübut etməyə çalışırsınız?" deyə ittiham edib.

  Qeyd edək ki, ABŞ-ın vitse-prezidenti Mayk Pens də bir gün əvvəl bir səhiyyə ocağına baş çəkərkən tibbi maska taxmayıb, tənqidlərdən sonra "Düzdür, mən maska taxmalıydım” deyə etiraf bildirib.



Әlaqәli Xәbәrlәr