Türkiyə təyyarəsi üç şəhər səması üzərində bayrağın ay və ulduzunu çəkdi

Türkiyə Hava Yolları şirkəti 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı münasibətilə xüsusi layihə həyata keçirib

1404060
Türkiyə təyyarəsi üç şəhər səması üzərində bayrağın ay və ulduzunu çəkdi
THY təyyarəsi.jpg

 

  Türkiyə Hava Yolları şirkəti 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı münasibətilə xüsusi layihə həyata keçirib. Aviaşirkətə məxsus sərnişin təyyarəsi aprelin 23-də Ankaranın Esenboğa Hava Limanından “TK 1920” saylı xüsusi uçuş həyata keçirib. “Boeing 777-3F2” tipli təyyarə Ankara, Kayseri və Çorum daxil olmaqla Anadolu səmasında uçuş trayektoriyası ilə Türkiyə dövlət bayrağının üstündəki ay və beşguşəli ulduzun rəsmini çəkib. Şirkətin bayram münasibətilə hazırladığı çəkiliş bu gün yerli vaxtla saat 19:20-də nümayiş olunacaq.

  Qeyd edək ki, 1920-ci il aprelin 23-ü Türkiyə Böyük Millət Məclisinin yarandığı və türk xalqının suverenliyini elan etdiyi tarixdir.



Әlaqәli Xәbәrlәr