Tbilisidə Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar tanıtım aksiyası keçirilib

Gürcüstanın paytaxtı Tbilisidə Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar tanıtım aksiyası keçirilib.

1365455
Tbilisidə Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar tanıtım aksiyası keçirilib

Gürcüstanın paytaxtı Tbilisidə Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar tanıtım aksiyası keçirilib.

Aksiyada üzərində “Xocalıya ədalət!” yazılmış jiletlər geyinmiş azərbaycanlı gənclər şəhər sakinlərinə Xocalı qətliamı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və işğal altında olan rayonlar barədə gürcü dilində məlumatların əks olunduğu broşürlər paylayıblar.

Aksiyada Gürcüstan ərazilərinin işğal faktına da diqqət çəkilib, ingilis və gürcü dillərində “İşğala yox!” şüarı səsləndirilib.

Aksiyada iştirak edən Kənan Babayev "Anadolu" xəbər agentiliyinə verdiyi açıqlamada, ermənilərin 1992-ci ildə Xocalıda qətliam törətdiklərini xatırladaraq Tbilisidə yaşayanlara həmin qətliamla əlaqədar məlumat vermək istədiklərini bildirib.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunmuş, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılmış, az bir vaxt ərzində şəhərdə yanğın baş vermiş, şəhər tamamilə alova bürünmüşdür. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olmuşlar. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilmişdir.

Bir gecənin içərisində qədim Xocalı yerlə yeksan edilmişdir.

Şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçmışdır. Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələyir, onlara amansız divan tutmuşdular. Beləliklə, soyuq, qarlı fevral gecəsində nə qədər qız-gəlin əsir düşdü, girov oldular. Nə qədər insan erməni silahından yayınıb meşələrə, dağlara qaçsalar da onların çoxu soyuqdan, şaxtadan məhv oldular…

Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir.

Bu əsl soyqırım idi. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca insanlar olmuşlar.



Әlaqәli Xәbәrlәr