Prezident Şövkət Mirziyoyev Türkiyəyə səfərə gəlir

Özbəkistan prezidenti Şövkət Mirziyoyev  bu gün  Türkiyədə   səfərdə  olacaq.

1362056
Prezident Şövkət Mirziyoyev Türkiyəyə səfərə gəlir

Bu barədə Özbəkistan Prezident Aparatından məlumat yayılıb: “Özbəkistan prezidenti Şövkət Mirziyoyev prezident Rəcəb Tayyib Ərdoğanın dəvətinə görə 19-20 fevralda Türkiyədə rəsmi səfərdə olacaq.

Səfər çərçivəsində yüksək seviyyəli görüşlər keçiriləcək. Həmçinin Ərdoğan və Mirziyoyevin başçılıq edəcəkləri Strateji Əməkdaşlıq Şurasının ilk iclası təşkil  ediləcək.

Liderlər siyasət, iqtisadiyyat, ticarət, investisiya, maliyyə, nəqliyyat, rabitə, təhsil, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın inkişafı mövzusunu qiymətləndirəcəklər. Gündəmdə olan regional və beynəlxalq  məsələləri müzakiri edəcəklər. Türkiyənin nüfuzlu şirkətlərinin nümayəndələrini qəbul edəcək olan Mirziyoyev, Prezident nəzdində milli kitabxananın açılış mərasiminə qatılacaq.



Әlaqәli Xәbәrlәr