Türkiyənin naziri çinli həmkarı ilə uyğur türklərindən danışdı

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çinli həmkarı Vanq Ye ilə görüşündə uyğur türklərinin vəziyyətindən danışıb.

1360366
Türkiyənin naziri çinli həmkarı ilə uyğur türklərindən danışdı

 

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çinli həmkarı Vanq Ye ilə görüşündə uyğur türklərinin vəziyyətindən danışıb.

  56-cı Münhen Təhlükəsizlik Konfransında Çavuşoğlu Çinin xarici işlər naziri ilə görüşündə onun diqqətinə Çində son illər uyğur türklərinin yaşadığı Sincan Uyğur Muxtar Bölgəsində “təhsil mərkəzi” adı altında fəaliyyət göstərən düşərgələrlə uyğurların şəxsiyyət və mədəniyyətlərinə qarşı törədilən zorakılıq hadisələrinin beynəlxalq ictimaiyyət tərəfindən də tənqid olunduğunu çatdırıb.

  Qeyd edək ki, İnsan Haqqları Müşçahidə Təşkilatının hesabatına görə, son 2 ildə Çinin Sincan Uyğur Muxtar Bölgəsində çox sayda günahsız adam "qarşısının alıması üçün detektiv tədbir" adı altında ev-eşiklərindən didərgin düşüb və “siyasi baxımdan təhlükəli” olaraq qiymətləndirilərək mühakiməsiz toplama düşərgələrinə göndərilib.



Әlaqәli Xәbәrlәr