Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə seçkilərin ilkin nəticələrini açıqlayıb

İlkin nəticələrə əsasən, seçki dairələri üzrə lider namizədlər arasında Yeni Azərbaycan Partiyasının namizədləri üstünlük təşkil edir.

1356300
Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə seçkilərin ilkin nəticələrini açıqlayıb

Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə seçkilərin ilkin nəticələrini açıqlayıb.

MSK sədri Məzahir Pənahov bildirib ki, 5573 seçki məntəqəsinin 87 faizindən, yəni 118 seçki dairəsinin 4823 seçki məntəqəsindən MSK-ya protokollar daxil olub. İlkin nəticələrə əsasən, seçki dairələri üzrə lider namizədlər arasında Yeni Azərbaycan Partiyasının namizədləri üstünlük təşkil edir.

         Növbədənkənar parlament seçkiləri xarici müşahidəcilərin gözü ilə...

*** Türk Parlament Assambleyasıparlament seçkilərini izləyib

“Azərbaycanda Milli Məclisə seçkilərdə demokratik şərait yaradılıb, seçkilərin keçirilməsində beynəlxalq və ölkə qanunlarına əməl edilib, namizədlərin mətbuata çıxışına, seçicilərlə görüşünə bərabər şərait yaradılıb". Türk Parlament Assambleyasının (Türk PA) müşahidə missiyasının rəhbəri İsmet Uçma Milli Məclisə keçirilən seçkilərlə əlaqədar keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, MSK tərəfindən seçkinin gedişatı barədə, şikayətlərin qeyd edilməsi ilə bağlı məlumat verilib: "Təəssüf ki, Azərbaycanda erməni işğalı nəticəsində öz yurdundan didərgin düşmüş kütlə var. Onların səsverməsini asanlaşdırmaq naminə 573 məntəqədə şərait yaradılıb. MSK rəhbəri 5 milyon 329 min 461 seçici siyahısının olması barədə məlumat verib. Seçicilərin hər biri özləri haqqında məlumatı rahat şəkildə öyrənə biliblər". İsmet Uçma müşahidə missiyasının həm Bakı, həm də Şamaxı və Qobustanın əksər məntəqələrində səsvermə prosesini izlədiyini vurğulayıb: "Heyətimiz məntəqə sədri və seçicilərlə görüşmək imkanı əldə edib, qadın və gənclərin istər namizəd, istərsə də seçici kimi iştirak etdiyini müəyyən edib. Bunun bu qədər yüksək olması Azərbaycanda təməl haqq və azadlıqların nə qədər vacib olması baxımından əhəmiyyətlidir. Səsverməyə gələnlərin sevincli olduğunu gördük. Bununla deyə bilərik ki, seçki prosesi şəffaf keçirilib. Heyətimiz heç bir pozuntu halına rast gəlməyib. Biz Milli Məclisə seçkilərin beynəlxalq standartlara və hüquqa uyğun olaraq keçirildiyinə qərar vermişik. Azərbaycan dövlətinə bizə müşahidə prosesini aparmaq üçün yaratdıqları şəraitə görə təşəkkür edirəm".

*** Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini Türkiyə Ali Seçki Qurumunun sədri Məhərrəm Akkaya da izləyib.  M. Akkaya 23 saylı Nəsimi-Səbail Seçki Dairəsi üzrə 11 saylı məntəqədə seçki prosesini izləyib. “Hər hansı qanun pozuntusu qeydə almamışıq. Hər şey mükəmməl qaydada baş tutdu. Seçkilərin nəticələrinin Azərbaycan demokratiyasına və Azərbaycan xalqına xeyirli olmasını arzulayıram”, - deyə M. Akkaya vurğulayıb.

 ***ABŞ müşahidəçiləri seçki prosesindən razı qalıb

Bir sıra məntəqədə səsvermə prosesini müşahidə etdik. Müşahidələrimiz zamanı heç bir insident qeydə alınmayıb”. Növbədənkənar parlament seçkilərini izləyən ABŞ-dan olan müşahidəçi Mitç Silberman mətbuat konfransında belə deyib. “Biz gələcəyə şahidlik etdik. Seçkilər qaydalara uyğun keçirildi”, -deyə o qeyd edib. Digər amerikalı müşahidəçi Rafael Nektal da müşahidələr zamanı heç bir qayda pozuntusunun aşkarlanmadığını bildirib.

*** “Seçki şəffaflığı uğurlu gələcəkdən xəbər verir”

İslamabad Qlobal və Strateji Araşdırmalar Mərkəzinin baş direktoru Xalid Teymur Əkrəm Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini qiymətləndirərkən belə deyib. “Müşahidələrimiz göstərdi ki, seçkilər azad, demokratik və şəffaf olub”. Qeyd edib ki,  “Qanun pozuntularına, qeyri-qanuni hallara rast gəlmədik. Bu Azərbaycanın uğurlu gələcəyi üçün atılan addımdır və Pakistan Azərbaycan əlaqələrinə də müsbət təsir göstərəcək”.

*** Almaniyalı müşahidəci: “Məni daha çox Dağlıq Qarabağdan olan seçicilərin iştirakı təsirləndirdi".

Seçki prosesini izləyən xarici müşahidəçilər arasında Almaniyalı ekspertlər də var idi. Müşahidəçi Matthias Dornfeldt keçirilən mətbuat konfrasında bildirib ki, “Üçüncü dəfədir Azərbaycanda seçkiləri müşahidə edirəm. Məni daha çox Dağlıq Qarabağdan olan seçicilərin iştirakı təsirləndirdi". O bildirib ki, beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini artırmalıdırlar.

***Demokratiyaya şahidlik etməkdən məmnun oldum”

Braziliya parlamentinin Müşahidə Qrupunun seçkilərdən sonra keçirdiyi mətbuat konfransında Braziliya senatının birinci vitse-prezidenti, Senatda Azərbaycan-Braziliya dostluq qrupunun rəhbəri Antonio Anastasia bildirib ki, seçki prosesi çox yaxşı keçirildi. Buradakı demokratiyaya şahidi etməkdən məmnunluğunu ifadə edən müşahidəçi Binəqədi və Qaradağ seçki məntəqələrində gün ərzində rəqib namizədlərin hər biri ilə ünsiyyətdə olduğunu deyərək  yaradılan şəraitdən razı qaldığını ifadə edib.   

Xuraman Süleymanlı

TRT Azərbaycan-ın xüsusi müxbiri

Bakı



Әlaqәli Xәbәrlәr