"Türkiyənin uzun illərdir gözlədilməsi “böyük ədalətsizlik”dir", İ. Əliyev
Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqına (Aİ) keçmiş sosialist bloka aid bir çox ölkələr daxil olmasına baxmayaraq Türkiyənin uzun illərdir gözlədilməsini “böyük ədalətsizlik” olaraq qiymətləndirib.

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqına (Aİ) keçmiş sosialist bloka aid bir çox ölkələr daxil olmasına baxmayaraq Türkiyənin uzun illərdir gözlədilməsini “böyük ədalətsizlik” olaraq qiymətləndirib.
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib.
İngiltərənin Aİ-dən çıxması və Aİ liderlərinin genişləmənin eləyhinə olduqlarını xatırladan Əliyev deyib:
“Nə vaxtdan Türkiyə Avropa İttifaqı ilə assosiasiya sazişi imzalayıb? Bəlkə də onilliklər bundan əvvəl. Amma ondan sonrakı addımlar nəticə veribmi? Əlbəttə ki, yox və bu da böyük ədalətsizlikdir. 2000-ci ildən başlayaraq Avropa İttifaqına keçmiş sosialist bloka aid bir çox ölkələr daxil oldu. İndi onlar Türkiyədən dahamı inkişaf etmiş ölkələrdir? Yox. Dahamı Avropa İttifaqına üzv olmaq üçün hazırlıqlıdırlar? Yox. Nə üçün onları qəbul ediblər, Türkiyəni qəbul etməyiblər? Sual aydındır, ritorikdir. Bir amilə görə, o da ondan ibarətdir ki, Türkiyə müsəlman ölkəsidir. Artıq bunu açıq deyirlər. Əvvəllər bu əsas tezisi pərdələmək üçün bəzi başqa fikirlər, müxtəlif bəhanələr gətirilirdi ki, bu ölkə hazır deyil və yaxud da hansısa proseslər baş verib. Ancaq indi bunu gizlətmirlər və müsəlman ölkəsi olduğu üçün Türkiyəni Avropa İttifaqına qəbul etmirlər. Belə olan halda, Azərbaycanı qəbul edəcəklərmi? Əlbəttə ki, yox.
Әlaqәli Xәbәrlәr

ÜST beynəlxalq səfərlər üçün peyvənd pasportuna etirazını bildirib
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) beynəlxalq səfərlər üçün peyvənd pasportuna etirazını bildirib.

Türkiyədə peyvənd olunanların sayı 644 mini keçib
Türkiyədə koronavirus əleyhinə vaksinasiya prosesindən keçən vətəndaşların sayı 644 mini keçib.