Kudret Özersay: "PUA-lar Geçitkale hava limanına hələ çatmayıb"

Şimali Kıbrıs Türk Cümhuriyyəti baş nazirinin müavini və xarici işlər naziri Kudret Özersay Geçitkale hava limanına hələ pilotsuz hava aparatının (PUA) gəlmədiyini bildirib.

1323722
Kudret Özersay: "PUA-lar Geçitkale hava limanına hələ çatmayıb"

Şimali Kıbrıs Türk Cümhuriyyəti baş nazirinin müavini və xarici işlər naziri Kudret Özersay Geçitkale hava limanına hələ pilotsuz hava aparatının (PUA) çatmadığını bildirib.

Özersay Bayrak Radio və Televiziyasına (BRT) verdiyi açıqlamada Geçitkale hava limanında sadəcə quruda nəzarət bölmələrinin qurulmağa başlandığını söyləyib.

Türkiyənin Muğla vilayətinin Dalaman qəsəbəsindəki hava limanından qalxacaq və bölgədə vəzifə icra edəcək PUA-ların bəzilərinin qurulmağa başlanan qurudan nəzarət bölmələrinin istifadəyə verildiyi zaman Geçitkale hava limanına enəcəyini vurğulayan Özersay “Bu mərhələdə Geçitkale hava limanına PUA hələ gəlməyib” deyib.

Nazir Özersay hazırda ehtiyacın PUA-larla məhdud olduğunu, silahlı uçuş aparatlarına ehtiyac olmadığını bildirib.

Qeyd edək ki, Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti dekabrın 13-də Geçitkale hava limanından PUA-larla aparılacaq fəaliyyətlər üçün istifadə edilməsini qərara almışdı.

Hökumət Türkiyənin tələbilə Geçitkale hava limanının Kıbrıs Türk Sülh Qüvvələri Komandanlığının istifadəsinə verilməsini təsdiqləmişdi.

Hazırlıqların sürətli şəkildə davam etdiyi Geçitkale hava limanına PUA-ların bu gün çatacağı gözlənilir.



Әlaqәli Xәbәrlәr