"O məsuliyyətli rəftar edib: belə hadisələr qınanmalıdır", K.Özersay

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (ŞKTC) baş nazirinin müavini və xarici işlər naziri Kudret Özersay Kıbrıs Rum tərəfində bayrağın yandırılmasına reaksiya göstərməyən Kıbrıs Rum İdarəçiliyini və siyasi partiyaları tənqid etdi.

1308072
"O məsuliyyətli rəftar edib: belə hadisələr qınanmalıdır", K.Özersay

 

  Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (ŞKTC) baş nazirinin müavini və xarici işlər naziri Kudret Özersay ŞKTC qurulmasının 36-cı ildönümündə Kıbrıs Rum tərəfində bayrağın yandırılmasına reaksiya göstərməyən Kıbrıs Rum İdarəçiliyini və siyasi partiyaları tənqid etdi.

  Özersay şəxsi "twitter səhifəsində Rum İdarəsi və siyasi partiyaların hadisə qarşısındakı mövqelərini tənqid edərək, “Kıbrıs Rum siyasi partiyalarının və Rum rəhbərinin səssiz qalmaları diqqətçəkicidir” deyə bildirdi.

  ŞKTC bayrağının yandırılmasına etiraz etməməyin hadisəni təsdiq etmək mənasını daşıyacağına dair xəbərdarlıq edən Özersay deyib: “Əslində təhlükəli olan Kıbrıs Türklərini hədəf alan bu cür hərəkətlərin səssiz qalaraq təsdiqlənməsidir. Xüsusilə hörmətli (Rum idarəçi) Nikos Anastasiades bu hadisələr qarşısında bunları qınayan, düzgün olmadığını söyləyən açıqlama yaymadığı və zorakılığı təşviq edən bu rəftarlara qarşı tədbir görülmədiyi müddətcə Kıbrısda mövcud etimadsızlıq mühiti dərinləşər. Hörmətli Anastasiadisi məsuliyyətli rəftar etməyə dəvət edirəm. Onun səssiz qalmasının nəticəsi xeyrli olmayacaq”.



Әlaqәli Xәbәrlәr