Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin qurulmasının 36-cı ildönümü mərasimlərlə qeyd olunur.

Lefkoşa Atatürk abidəsi qarşısında keçirilən mərasimdə ŞQTC prezidenti Mustafa Akıncı və prezident müavini Fuad Oqtayın abidəyə əklil qoymasından və bir dəqiqəlik sükutdan sonra İstiklal himninin oxunması ilə bayraqlar dirəyi çəkilib.

1307331
Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin qurulmasının 36-cı ildönümü mərasimlərlə qeyd olunur.
kktc yildonumu.jpg
mustafa akinci kktc yildonumu.jpg

Şimali Kıbrıs Türk Cümhuriyyətinin (ŞQTC) qurulmasının 36-cı ildönümü mərasimlərlə qeyd olunur.  

Lefkoşa Atatürk abidəsi qarşısında keçirilən mərasimdə ŞQTC prezidenti Mustafa Akıncı və prezident müavini Fuad Oqtayın abidəyə əklil qoymasından və bir dəqiqəlik sükutdan sonra İstiklal himninin oxunması ilə bayraqlar dirəyi çəkilib.

Akıncı mərasimdə etdiyi çıxışda 15 noyabr 1983-cü ildə ŞKTC-nin elan edildiyini xatırladaraq, ŞKTC-nin “Qurulma qərarı”nda və “Müstəqillik bəyannaməsi”ndə də ifadə edilən iki xalqın bərabər səviyyədə müzakirələrlə, sülhməqsədli, ədalətli və daimi bir həll yolu tapılmasının mümkün və vacib olduğu, ŞKTC-nin elanının iki barəbər xalq arasında Federasiya daxilində bir tərəfdaşlığın qurulmasına maneə deyil, hətta asanlaşdırıcı olacağının da xüsusilə vurğulandığını söyləyib.

Həll yolu hədəfi istiqamətində BMT ilə əməkdaşlıq çərçivəsində cəhdlərin davam edəcəyini vurğulayan Akıncı deyib: “Bu çərçivədə 25 noyabr günü BMT baş katibi Antonio Quttereşin dəvətilə Hörmətli (Kıbrıs Rum icmasının lideri Nikos) Anastasiadis ilə bir görüş keçirəcəyik. Adamızın dinclik və sülh içində bir gələcəyə üz tutal bilməsi üçün siyasi iradə və qətiyyətli şəkildə hərəkət edəcəyik”.

Akıncı siyasi bərabərlik, təhlükəsizlik və azadlıq içində bir gələcək qurulması üçün qanuni haqq və maraqları axıradək müdafiə edərək, konstruktiv şəkildə görüşlərdə iştirak edəcəklərini dilə gətirib və “Əlbəttə bu konstruktiv anlayışımızın tərəf-müqabillərimizdə də olmasını istəyəcəyik. Bu yığıncağın səmərəli və müsbət addım olmasını diləyirik” deyə bildirib.



Әlaqәli Xәbәrlәr