"Fateh qazma gəmisi Karpazın cənubunda qazma fəaliyyətlərinə başlayıb", F.Oqtay

Prezident müavini Fuad Oqtay Fateh qazma gəmisinin Şərqi Aralıq dənizində Karpazın cənubunda qazma fəaliyyətlərinin start götürdüyünü açıqladı.

1307239

Fuad Oqtay 36-cı quruluş ildönümü mərasimi üçün getdiyi Şimali Kıbrıs Türk Cümhuriyyətində çıxış edib.

Şərqi Aralıq dənizindəki karbohidrogen  ehtiyatları mövzusunda qanuni maraqlardan ən kiçik güzəştə belə gedilməyəcəyini vurğulayan Oqtay deyib:

“Şərqi Aralıq dənizindəki qazma fəaliyyətlərimiz bəhanə gətirilərək Avropa İttifaqı (Aİ) Xarici İşlər nazirləri tərəfindən bazar ertəsi günü təsdiqlənən sanksiya layihəsinin də bizim nəzərimizdə qanuni əsası yoxdur”.

Suriyanın şimalında terror təşkilatı YPG/PKK və DEAŞ-a qarşı keçirilən “Sülh çeşməsi” hərəkatına da toxunan prezident müavini “Qəhrəman əsgərlərimiz sülh dəhlizi olaraq müəyyən edilən bölgənin hər bir nöqtəsini terrordan təmizləməyə və qalan pusquları məhv etməyə davam edir. Sülh dəhlizi bölgəsində terrorun kökü qazılana və dinclik hakim olanadək oradayıq” ifadələrini işlədib.

Әlaqәli Xәbәrlәr