"Bağlı olan Maraş on il ərzində tamamilə açıla bilər", E.Tatar

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin (ŞKTC) baş naziri Ersin Tatar bağlı olan Maraşın on il ərzində tamamilə açıla biləcəyini söylədi.

1273209
"Bağlı olan Maraş on il ərzində tamamilə açıla bilər", E.Tatar

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin (ŞKTC) baş naziri Ersin Tatar bağlı olan Maraşın on il ərzində tamamilə açıla biləcəyini söylədi.

Tatar paytaxt Ankarada Jurnalistlər Cəmiyyətindəki Mətbuat Evində mətbuat nümayəndələrinin gündəmə dair suallarına cavab verdi.

İnventarlaşdırma fəaliyyətlərindən sonra bağlı olan Maraşın ŞKTC idarəsinin nəzarətində yaşayışa açılacağını vurğulayan Tatar “Maraşda ərazinin çox böyük hissəsinin bizim Vəqflər İdarəsinə məxsus olduğu artıq sübut edildi. İstər Kıbrısdakı Vəqflər İdarəsi, istər Ankaradakı Vəqflər Şurası bütün sənədlərlə bunu sübutə yetirdilər” deyə bildirdi.

Bağlo olan Maraşın turizmə açılmasının çox əhəmiyyətli olduğunu vurğulayan Tatar “Şərqi Aralıq dənizinin bu əhəmiyyətli nöqtəsində Maraşın yaşayışa açılması çox əhəmiyyətli bir proaktiv siyasətdir” dedi.

ŞKTC-nin baş naziri Ersin Tatar Maraşın açılması və ya malların təhvil verilməsilə əlaqədar dəqiq tarix verə bilməyəcəyini, ancaq Maraşı ŞKTC-nə qazandırmaq mövzusunda qətiyyətli olduqlarını qeyd etdi.

Tatar Maraşda mülkiyyət haqqı olduğunu irəli sürənlərin Daşınmaz Əmlak Komissiyasına müraciət edəcəyini bildirərək, komissiyanın da təhvil vərmək və ya mübadilə haqqının olduğunu söylədi.

Ersin Tatar Şərqi Aralıq dənizində izlənən fəal siyasət ilə əldə edilən mövqeyin Türkiyənin dəstəyilə davam etdirilməsinin də əhəmiyyətini vurğulayaraq, “Türkiyə Cümhuriyyətinin zaminliyi böyük əhəmiyyət daşıyır” dedi.



Әlaqәli Xәbәrlәr