Qazaxıstan Prezidenti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi ilə görüşdü

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyevlə görüşüb.

1259588

Bu barədə məlumat Qazaxıstan Prezidentinin rəsmi internet səhifəsində yer alıb. Bildirilib ki, görüşdə ölkə başçısına təşkilatın hazırkı fəaliyyətinin əsas istiqamətləri, o cümlədən bu ilin oktyabr ayında Bakıda keçiriləcək Türk Şurasının sammitinə hazırlıqlar barədə məlumat verilib.

Prezident Qazaxıstanın ənənəvi olaraq Şura daxilindəki əməkdaşlığa üzv ölkələr arasında iqtisadi, mədəni və humanitar əlaqələrin inkişafına mühüm töhfə verdiyini qeyd edib.

Әlaqәli Xәbәrlәr